“Qalatasaray”ın aparıcı futbolçusu Burak Yılmaz dünən gecə çətin anlar yaşayıb.
Belə ki, ailəsini ziyarət etmək üçün Antalyaya gələn Burakı hava limanında “Trabzonspor”lu fanatlar qarşılayıb. Azarkeşlər Türkiyə yığmasının üzvünün ünvanına təhqiredici sözlər yağdırıb. O isə heçnə olmamış kimi onu gözləyən maşına əyləşib və məkandan uzaqlaşıb.
Qeyd edək ki, Burak Yılmaz “Qalatasaray”a “Trabzonspor”dan transfer olunmuşdu.