Çinin “Pekin Quoan” klubunun futbolçusu Burak Yılmaz mövsümün sonunda Türkiyəyə qayıdacaq.
Türkiyə millisinin hücumçusu sabiq komandasına – “Trabzonspor”a keçəcək.
Klubun futbolçuya rəsmi təklif göndərdiyi və müsbət cavab aldığı bildirilir.
Qeyd edək ki, ötən ilin fevralında “Qalatasaray”dan Çin klubuna keçən B.Yılmaz 2010-2012-ci illərdə də “Trabzonspor”da çıxış edib.