Kateqoriyasız

“Bursaspor”dan gözlənilməz addım

Namiq Ələsgərovun yenicə transfer olunduğu “Bursaspor”da baş məşqçi istefası reallaşıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə TFF 1-ci liqasının rəsmi saytı məlumat yayıb. Musatafa Er istefaya göndərilib. Onunla birlikdə bütün məşqçilər korpusu ilə yollar ayrılıb.

Qeyd edək ki, yeni mövsümün ilk turunda “Adanaspor”la qarşılaşan Bursa təmsilçisi 1:1 hesablı heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43