Dünya futbolu

“Bursaspor”dan inamlı qələbə, “Beşiktaş” büdrədi – NƏTİCƏLƏR

Türkiyə Superliqasında VIII tura yekun vurulub.

Son oyun günündə daha iki qarşılaşma oynanılıb

"Beşiktaş" doğma azarkeşlər önündə "Rizəspor"la bərabərə qalıb 0:0. "Bursaspor" isə öz meydanında "Kayserispor"a 2:0 hesabı ilə qalib gəlib.

21 oktyabr

Türkiyə Superliqası, VIII tur

"Beşiktaş" – "Rizespor" – 0:0

"Bursaspor" – "Kayserispor" – 2:0

Qollar: Batalla, 90 (1:0), Ünal, 90+3 (2:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43