Dünya futbolu

“Bursaspor”un yeni baş məşqçisi rəsmən bəlli oldu

Türkiyənin “Bursaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar”ın baş məşqçisi postuna Pol Le Quen təyin edilib.53 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki,fransız çalışdırıcının son iş yeri “Renn” olub.

Xatırladaq ki, bir müddət öncə millimizin baş məşqçisi Robert Prosineçkini adı “Bursaspor”la hallanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43