28 Noyabr 2022
  • Ana səhifə
  • Kateqoriyasız
  • “Bütün bunlar və daha çoxu bizim döyüşçüləri xarakterizə edir” – “Qızıl top”un sahibi
Kateqoriyasız

“Bütün bunlar və daha çoxu bizim döyüşçüləri xarakterizə edir” – “Qızıl top”un sahibi

Məşhur ukraynalı futbolçu, 1986-cı ildə “Qızıl top”un qalibi İqor Belanov əlində silahla Ukraynanı Rusiya hərbçilərinin işğalından qoruyur.
İdmanxeber.az-ın məlumatına görə, Belanovun özü mart ayında Ukrayna hərbçiləri ilə görüşü barədə yazıb. Aprelin 4-də isə hərbçilərlə təzə fotolar paylaşaraq, yazıb : “Heyrətamiz cəsarət və tükənməz döyüş ruhu – bütün bunlar və daha çoxu bizim döyüşçüləri xarakterizə edir. Biz sizinləyik! “.
Odessadan olan Belanov, müharibə başlayandan Ukrayna hərbçilərinə fəal kömək edirdi.
SSRİ tarixində yalnız üç futbolçu Fransanın həftəlik “France Football” jurnalının ən yüksək mükafatı olan “Qızıl top”a layiq görülüb – Avropanın ən yaxşı futbolçusu: Lev Yaşin (1963), Oleq Bloxin (1975) və İqor Belanov (1986).

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Bölgə klubları Premyer Liqaya yenə buraxılmadı – yenə 8 komanda

admin

Daha iki futbolçu “Qarabağ”da qaldı

admin

Elxan Məmmədovun sədrliyi ilə UEFA iclası

admin