Kateqoriyasız

“Bütün diqqətimi milli komandaya yönəldəcəm” – Renat Dadaşov

Azərbaycan millisinin və “Qrasshopper” klubunun futbolçusu Renat Dadaşov evdə “Bazel”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yerli mətbuata danışıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşdə komadasınını yeganə qolunu vuran 23 yaşlı hücumçu vacib qələbə qazandıqlarını bildirib:

“Matça ciddi hazırlaşmışdıq. Çətin dönəmdən sonra qələbəyə inanmaqdan əl çəkmədik. Qol vurduğum üçün xoşbəxtəm. Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan biri bu idi. Qarşılaşmanın əhəmiyyətini dərk edirdik və məhz bu səbəbdən 3 xal qazandıq. Artıq bütün diqqətimi milli komandaya yönəldəcəm”.

Qeyd edək ki, Renat Dadaşov “Bazel”lə oyunun 34-cü dəqiqəsində fərlqənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43