28 Noyabr 2021
Kateqoriyasız

Bütün dünyanın diqqəti bu oyunda olacaq” – De Byazi

UEFA Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Monteneqro – Azərbaycan oyunu öncəsi Azərbaycan milli komandasının mətbuat konfransı təşkil olunub.

Baş məşqçi Canni de Byazi maksimum konsentrasiyalı olacaqlarını söyləyib:

“Bilirəm, ölkə olaraq çətin dövr yaşayırıq. Azərbaycan üçün qeyri-adi situasiyadı. Sabahkı oyuna maksimum konsentrasiya olacağıq. Qrup lideri olmaq istəyiriksə, mütləq qalib gəlməliyik. Qrupda yer alan komandalar reytinqdə bizdən üstün olsalar da, inanıram ki, komandam yaxşı oyun göstərəcək və lazım olan nəticəni qazanacaq.

Rəqib haqda onu deyə bilərəm ki, geniş heyətə malikdr. Bir çox oyunçuları legioner həyatı yaşayır. Həm gənc, həm də təcrübəli futbolçulardan təşkil olunub. Oyunlarını yaxşı analiz etmişik. İki oyunda qalib gəlsələr də, bu, o demək deyil ki, məğlubedilməzdirlər. Sabah kim az səhv etsə, o da qalib gələcək.

Bütün futbolçular ölkədə baş verən hadisələr barədə düşünür. Belə demək mümkünsə, hamısı bir qədər narahatdır. İndiki anda bu hadisələrə ən gözəl cavab baxımlı oyun göstərib qalib gəlməkdir. Bütün dünyanın diqqəti bu oyunda olacaq. Futbolçular qələbə qazanmaqla əsgərlərə dəstək ola bilərlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

APOEL-in futbolçusu “Qarabağ”da?

admin

“Qarabağ” daha bir futbolçusu ilə yolları ayırdı – Xəbərimiz təsdiqləndi

admin