“Qəbələ” sabah UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar”la ilk oyununa çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Macarıstanda baş tutacaq görüş ərəfəsində “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matç barədə fikirlərini klubun saytına açıqlayıb:
“Fehervar”la oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətimizdə zədəli futbolçu yoxdur. Sabah meydanda əlimizdən gələni edəcəyik. “Qəbələ” həm öz azarkeşlərini, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacaq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının tam oyuna köklənməsi sevindiricidir. Avrokubok görüşləri fərqli olur. Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”.