Dünya futbolu

Cəlal Hüseynovun komandasının yeni baş məşqçisi bəlli oldu

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi “Arda”nın yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.az məlumat verir ki, Bolqarıstan klubuna Nikolay Kirov rəhbərlik edəcək.

Kirov karyerası ərzində 2-ci dəfə Kardcali təmsilçisinin baş məşqçisi olacaq. O, 2020/2021 mövsümündə də “Arda”ya rəhbərlik edib və komandanı Bolqarıstan kubokunun finalına daşıyıb. Cəlalın komandası həlledici oyunda SSKA-ya (Sofiya) uduzub.

48 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. Ötən gün “Arda” uğursuz nəticələrdən sonra baş məşqçi Aleksandr Tunçevlə yollarını ayırıb.

Qeyd edək ki, çempionatda son 4 turda uduzan Hüseynovun komandası 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43