25 Oktyabr 2021
Ölkə futbolu

“Çətin oyun olacaq” – Aqil Məmmədov

“Neftçi”nin futbolçusu Aqil Məmmədov klubun televiziyasına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə,“ağ-qaralar”ın hazırlığını dəyərləndirib:

“Oktyabrın 9-da “Qəbələ” ilə yoldaşlıq matçında yaxşı oynadıq. Müəyyən çatışmazlıqlar var idi və baş məşqçi onları gördü. Milli komandalardakı futbolçular kollektivə qoşulduqdan sonra qarşıdakı görüşə tam heyətlə hazırlaşacağıq”.

Məmmədov, Premyer Liqanən 7-ci turunda “Sumqayıt”a qarşı keçirəcəkləti oyunla bağlı da fikirlərini bildirib:

“Sumqayıt”la səfərdə oynayacağıq. Rəqib yaxşı komanda formalaşdırıb. Heyətlərində gənc və mübariz futbolçular var. Əlbəttə, çətin oyun olacaq. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Marat İzmaylovun “Qəbələ”dəki qazancı – RƏSMİ

admin

İlqar Ələkbərov fakt kimi foto təqdim etdi: “Mən nə siqaret çəkirəm, nə də qəlyan”

admin

Ermənistan yığmamızın qrupundan çıxarıldı

admin