05 Oktyabr 2024
Ölkə futbolu

Cəlal oynamadı, komandası heç-heçə etdi

Milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda evdə “Beroe” ilə heç-heçə edib – 1:1. Cəlal bu görüşdə ehiyatda qalıb.  

Qeyd edk ki, “Arda” hazırda turnir cədvəlində 15 xalla 6-cıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43