Kateqoriyasız

Cənub RFF 2021-ci ilin ən yaxşılarını müəyyənləşdirdi

Cənub Regional Futbol Federasiyası regionu təmsil edən rayonlarda klub, idarərə-müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla ilin ən yaxşılarını müəyyənləşdirib.

Lakin bu il pandemiya şəraitinə görə cəmi 3 nominasiya üzrə qaliblər müəyyənləşib.

İlin futbol adamı: Hüseynov Pərviz Qabil oğlu (“Xan Lənkəran” FK klubunun prezidenti)
İlin Futbol komandası: “Xan Lənkəran” FK
İlin ən yaxşı oyunçusu:  Zaur Nuruzadə (“Xan Lənkəran” FK klubunun oyunçusu)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43