23 Oktyabr 2024
Ölkə futbolu

“Çətin oyun olacaq, amma biz hazırıq” – “Ayaks”ın futbolçusu

“Ayaks”ın futbolçusu Kian Fits-Cim  “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, klubunun rəsmi saytına açıqlama verən 21 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin bəzi matçlarını izlədiklərini bildirib:

“Rəqib son 10 ildə öz ölkəsinin çempionu olub. Heyətində texnikalı yarımmüdafiəçilər var. Çətin oyun olacaq, amma biz hazırıq”.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43