”Fənərbağça” Çağlar Söyüncünü heyətinə qatdığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu 27 yaşlı müdafiəçini “Atletiko”dan mövsümün sonuna qədər icarəyə götürüb. “Fənərbağça” icarə məbləği olaraq paytaxt klubuna 2 milyon avro ödəyəcək.
Çağlar yeni klubunda 2 nömrəli formanı geyinəcək.