Maqazin

Cahangir Hacıyevin şikayəti təmin edilmədi

Bu gün Ali Məhkəmədə Beynəlxalq Bankın keçmiş sədri, “İnter” klubunun sabiq fəxri prezidenti Cahangir Hacıyevin kassasiya şikayətinə baxılıb.

İdmanxeber.com-un məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bakı Apellyasiya Məhkəməsinin prosesin istintaqsız keçirilməsi barədə qərarından verilən şikayət təmin edilməyib.

Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apelyasiya şikayəti verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43