Dünya futbolu

Can Uzun Türkiyəni seçdi

Almaniyada doğulan Can Uzun Türkiyə millisini seçib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasından Hamit Altıntopla görüşən 18 yaşlı forvard seçiminin Türkiyədən yana olduğunu deyib.

Can alt yaş qruplarında da Türkiyə millisi üçün çıxış edir.

”Nürnberq”in oyunçusu olan gənc forvard bu mövsüm 22 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

C. Uzun Avropanın bir çox top klubunun radarındadır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43