Ölkə futbolu

“Canni De Byazi çalışdığım ən yaxşı baş məşqçilərdən biridir” – Ansi Aqolli

“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli millimizin baş məşqçisi Canni De Byazi ilə çalışdığı dönəmdən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, albaniyalı oyunçu italiyalı mütəxəssis barəsində xoş sözlər söyləyib. O, həmi dövrdə çox yaxşı xatirlərinin olduğunu da bildirib:

“Çox yaxşı komandamız var idi. Azarkeşlər daima bizə dəstək olurdular. Finallara vəsiqə qazanmamızda ən böyük səbəb komanda olmağı bacarmağımız oldu. O zaman Canni De Byazi millinin baş məşqçisi idi. O, çalışdığım ən yaxşı mütəxəssislərdən biridir”.

Aqolli 2011-17-ci illərdə Albaniya yığmasının şərəfini qoruyub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43