Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Millətlər Liqasının VI tur matçı üçün heyətdən kənarlaşdırılıb.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Canni De Byazi “Sabah” klubundan Amin Seydiyev və “Zirə”dən Qismət Alıyevi iştirak ərizəsinə daxil etməyib. Bundan əlavə, cəzalı durumda olan Riçard Almeyda da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.