“Belə bir variant var. Ümid edirik ki, o, reallaşacaq.”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisindən ayrılan Canni De Byazi deyib. O, növbəti dəfə milli komandada çalışmaq variantının olduğunu bildirib:
“Müqavilə imzalanana qədər danışmamaq daha yaxşıdır. Ümid edirəm ki, əldə etdiyim təcrübəyə və göstərdiklərimə görə komanda tapa biləcəyəm”.
Qeyd edək ki, Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Komanda AVRO-2024-ün seçmə mərhələsində 7 xalla yer aldığı F qrupunda 4-cü yeri tutub.