25 Noyabr 2024
Ölkə futbolu

“Canni De Byazinin göstərdiyi nəticəni yerli məşqçilər də verə bilər”

“Estoniya qələbəsindən sonra millidə əhval-ruhiyyə yaxşı olmalıdır. Qələbə hər zaman sevindirici olur, əlavə motivasiya verir. Komandamız səfərdə çox yaxşı çıxış etdi. Öncədən də demişdim ki, estonlar millimizin dişinə görə rəqibdir. Bu qələbə hamımızındır”.

Bu sözləri İdmanxeber.az saytına millimizin sabiq üzvü Rahid Əmirquliyev yığmamızın AVRO-2024 seçmə mərhələsində Estoniya komandası üzərindəki qələbə barədə danışarkən deyib.

O, komandanın bu gün Avstriyaya qarşı oyununa da münasibət bildirib:

“Matçın favoriti Avstriyadır. Çox güclü rəqibdir. Çətin görüş olacaq. Ancaq rəqiblə evdə oynayacağıq. Matça yaxşı motivasiya olmuşuq, hər şey pozitivdir. Millimiz bu görüşdən xal ala bilər. Çətin olsa da, inam var”.

Əmirquliyev milli komandanın baş məşqçisi Canni De Byazinin performansı barədə da danışıb:

“Onun komandada qalıb-qalmaması həmişə müzakirə olunur. Açığı, hər zaman millidə yerli mütəxəssisin çalışmasını istəmişəm. İtaliyalının göstərdiyi nəticəni yerli məşqçilər də verə bilər”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43