22 Dekabr 2024
Ölkə futbolu

Cari mövsümdə “İnter”də ilk dəfə: Sxadadzeni sevindirən məqam

Premyer Liqanın XV turu çərçivəsində öz meydanında AZAL-la qarşılaşacaq “İnter” sözügedən matçın hazırlıqlarına başlayıb.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “bankirlər”in heyətində bir müddətdir ki, zədəli olan Səlahət Ağayev, Şpiçiç, Baçana Sxdadze və Mirzağa Hüseynpur da artıq hazır vəziyyətdədi. 

Komandanın heyətində zədəli və cəzalı futbolçu yoxdu. Bu isə o deməkdir ki, “İnter” cari mövsümdə ilk dəfə bütün komanda ilə bir rəsmi matça hazırdı.

Qeyd edək ki, “İnter” – AZAL oyunu dekabrın 7-də, saat 17:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43