Kateqoriyasız

CAS “Qarabağ”ın sabiq mətbuat katibi ilə bağlı qərarın tarixini yenə dəyişib

“Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə İbrahimovun vəkili Fərid Haqverdiyev özünün sosial şəbəkə hesabında yazıb. O, CAS-ın müraciət üzrə cavabı sentyabrın 11-dək uzatdığını bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43