03 Yanvar 2025
Kateqoriyasız

“Caspian Ultras” özünə yeni rəhbər seçdi

Hörmətli futbol azarkeşləri və idman həvəskarları…

“Caspian Ultras Azad Azərkeş Qrupu” olaraq sizlərlə bir sıra yeniliklərimizi bölüşmək ehtiyacı hiss etdik. 10 nəfərdən ibarət hazırkı idarə heyəti tamamilə yeni üzvlərdən və gənclərdən ibarətdir ki, bu yazını da sizlərə biz – “Caspian Ultras” hazırladıq.

“Caspian Ultras” olaraq eks-rəhbəri istefaya göndərib , səsvermə yolu ilə İbrahim Əmirovu rəhbər təyin etdik.

Bəzi fan klublar yalnız virtualda mövcud olsa da, fan qrupumuz yarandığı gündən real azərkeş qrupu olub və hər zaman tribunalara sahib çıxıb. Azərbaycan futbol tarixində ən böyük azərkeş qrupları sırasına adımızı yazdırmışıq. Bunların əksini iddia edənlər yəqin ki, ya xəbərsiz, ya da vicdansız olarlar.

“Caspian Ultras” müxtəlif vaxtlarda həm tribunadakı azərkeş sayına görə, həm də fəaliyyətinə görə ilin fan qrupu kimi titullara sahib olub. Bu gün “Caspian Ultras” tamamilə yenilənmiş və gəncləşmiş idarə heyyəti ilə bir sıra yeni hədəflə, yeni ruhla səy göstərir. Bunlardan ən başlıcası və ən vacibi həqiqətən azad azərkeş kimi formalaşmaqdır. Biz bunun üçün var gücümüzlə çalışırıq və bu işde çox qətiyyətliyik.

Ötən 5 il ərzində fan qrupun əsas məqsədi köklü fan qrup olmaq idi və “Caspian Ultras” artıq buna nail olub. İndi isə yeni vizionlara fokslanmışıq. Amma bütün bunlara baxmayaraq bütün uğurlara gedən yolda olduğu kimi, bizim yolumuzda da, məqsədi bilinməyən, ayağımıza daş-kəsək kimi ilişən şəxslər olub və indi də var. Onların əsas etdiyi iş şərləmək, yersiz tənqid etmək və gözdən salmağa çalışmaqdır. Onlara bir daha xatırladırıq ki, bizim məqsədimiz Azərbaycan futbol azərkeşliyinin təşəkkülündə pay sahibi və əsl tribunanın formalaşmasına nail olmaqdır. Bunlara nail olacağımıza da inanırıq və qonararından aslı olaraq fərqli “havalar çalan aşıqlara” tək və əzəli mənsəbimizin “Xəzər-Lənkəran”ımıza təmənnasız sədaqətlə qulluğda olduğumuzu əyani şəkildə sübut etməyə davam edəcəyik.

İbrahim Əmirovun rəhbərliyi ilə digər idarə heyyəti üzvlərinin aldığı qərarlarla “Caspian Ultras”a atılan daşlara layiqli cavablar veriləcək və hər kəs yerini biləcək.

17.02.2016

Caspian Ultras Azad Azərkeş Qrupu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43