Ölkə futbolu

“Caspian Ultras” qalmaqalla bağlı bəyanat yaydı: İnsidentdə “Neftçi” fanatlarının əli var?

“Xəzər Lənkəran”ın “Caspian Ultras” qrupu “Qarabağ”la oyundan sonra yaranmış insidentlə bağlı bəyanat yayıb.

İdmanxeber.com saytı həmin bəyanatı nəzərinizə çatdırır.

“Lənkəran azarkeşi olaraq “Qarabağ”a böyük hörmətimiz var. Həmişə onları hörmətlə qarşılayıb, hörmətlə yola salmışıq. Lakin bugünkü oyundan sonra bəzi insanlarmünasibətlərimizi korlamaq niyyətində idi. Bunu başa düşmək olar. Çünki gözügötürməyənlər çoxdu. “Xəzər Lənkəran”la tək mübarizə aparmağı bacarmayanlar və tərəfdarlarımızın çox olduğunu görüb “Qarabağ” azarkeşlərinə qoşulub, onların adından istifadə edib qan-qaraçılıq saldılar.

Biz məqsədimizdən dönən deyilik. “Qarabağ” hə\mişə bizə doğmadı və lazım olduğu qədər onlara dəstək olacağıq. Biz məqsədimizdən dönən deyilik.

Bugünkü qələbə münasibəti ilə sizi təbrik edirik. Düzdü hakim səhvləri olsa da, qələbənizə “kölgə” salmaq istəmirik. Qarşıdakı oyunlarda sizə uğurlar”.

“Caspian Ultras”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43