“Seltik Park”da bacarığımızı nümayiş etdirdik. Oyuna nəzarət etdik və yaxşı oynadıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.
Ağdam klubunun legioneri Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları “Seltik”ə hörnət etdiyini deyib:
“İlk görüşdə oyuna diktə etdik. Lakin qol imkanlarını boşa verdik. “Seltik” təhlükəli idi. Ancaq biz də onlardan geri qalmırdıq. Cavab görüşündə ehtiyatlı oynamalıyıq”.
Qeyd edək ki, avqustun 5-də keçiriləcək “Qarabağ” – “Seltik” oyunu saat 21:30-da başlayacaq.