“Azarkeşlər bizim 12-ci oyunçumuzdur və onlar bizi irəli aparırlar. Cümə axşamı stadionda böyük izdiham olacağına ümid edirəm. Son vaxtlar azarkeşlərimizin qarşısında oynaya bilməmişik. Bunun üçün darıxmışdıq”.
İdmanxeber.az-ın məlumatına görə, Şotlandiyanın “Aberdin” klubunun kapitanı Skott Braun Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı danışarkən deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“Bakıdakı oyunda meydança qorxunc idi, amma bu vəziyyətdə oynamağa məcbur idik. Meydança hər iki komandaya mane olurdu. Görüşdən sonra ot örtüyü ilə bağlı üzr istədilər. Ümid edirəm ki, cavab matçından sonra növbəti mərhələyə vəsiqə qazandığımız üçün onlardan üzr istəyəcəyik”.
Qeyd edək ki, “Aberdin” – “Qarabağ” matçı avqustun 26-da keçiriləcək.