Türkiyə kubokunda qrup mərhələsinin II turunun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, təmsilçilərimizində çıxış etdiyi “Qaziantep BB” “Qaziantepspor”la qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu görüşdə Vaqif Cavadov 90 dəqiqə meydanda olub. Rəhman Hacıyevin adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.