Cavid Hüseynov I Liqaya yüksələn “Cəbrayıl”ın baş məşqçisi postundan ayrılıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssisin öz xahişi ilə komandadan ayrıldığı vurğulanıb:
“Cəbrayıl” üçün böyk işlər görmüş məşqçi təcrübə toplamaq və karyerasında yeni səhifə açmaq üçün fəaliyyətini Premyer Liqada davam etdirəcək. Ona uğurlar arzulayır və qarşısına qoyduğu məqsədlərə tezliklə çatacağına inanırıq. Təşəkkürlər, Cavid!”