Kateqoriyasız

Cavid Hüseynova sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, toplantıda “Şamaxı”nın məşqçisi Cavid Hüseynovun Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Turan Tovuz”la oyununda aldığı qırmızı vərəqənin də cəzası məlum olub.

Hüseynov “qırmızı”dan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atdığına görə, kubok oyunlarından 6 oyun kənarlaşdırılıb, klub isə 4800 manat cərimə edilib.

“Şamaxı” “Turan Tovuz”a 0:1 hesabıyla uduzaraq, kubokla vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43