22 Dekabr 2024
Kateqoriyasız

Cavid Hüseynovla bağlı vəsatət təmin olunmadı

Səbail Rayon Məhkəməsində “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilmiş vəsatətə baxılıb.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, C.Hüseynov məhkəmə zalına gətirilib.

Proses hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilib.

Məhkəmə qərarına əsasən, C.Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43