Bu gün jurnalist Rasim Əliyevin “Qəbələ”nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü haqda məlumatlar yayılıb.
İdmanxeber.com-un məlumatına görə, səbəb kimi həmin jurnalistin Cavid Hüseynovun kiprli jurnalistə qarşı etdiyi hərəkəti tənqid etməsi göstərilib.
Futbolçu İdmanxeber.com-a açıqlamasında bunun yalan olduğunu bildirib:
"Hamısı yalan söhbətdi. Bu mənim və klubumun adına xələl gətirmək üçün atılan addımlardı. Buna heç kəs inanmasın. Yaxınlarda hər şey aydınlaşar. Hamı görər, doğrunu bilər. Bu cür uğurlara bu formada kölgə salmaq lazım deyil".
Zərərçəkən Rasim Əliyevlə əlaqə qurmaq cəhdlərimiz faydasız qalıb.