Cavid İmamverdiyev Türkiyənin “Ankaraspor” klubuna keçidi bu gedişlə baş tutmayacaq.
İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” Türkiyə təmsilçisinə İmamverdiyevi 1 illik icarəyə götürmək üçün vaxt vermişdi.
Ancaq nəzərdə tutulan vaxtda “Ankaraspor” nümayəndələri öz öhdəliklərini yerinə yetirməyiblər. Türkiyə klubuna verilən vaxt bitdiyi üçün danışıqlar dondurulub və İmamverdiyevin “Neftçi”də qalmasına qərar verilib.