06 Fevral 2025
Kateqoriyasız

Cavid İmamverdiyev Orduda darmadağına sevindi – VİDEO

Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Cavid İmamverdiyevin komandası “Elazığspor” da növbəti oyununu keçirib.

İmamverdiyevin komandası “Orduspor”un qonağı olub və 1:6 hesabı ilə qalib gəlib. Start heyətdə meydana çıxan İmamverdiyev isə 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, “Elazığspor” hazırda 27 xalla 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43