Türkiyə PTT 1-ci Liqasında 13-cü turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu Cavid İmamverdiyevinşərəfini qoruduğu “Elazığspor”növbəti matçına çıxıb.
İmamverdiyevin komandası “Alanyaspor”la qarşılaşıb və iki cavabsız qolla qalib gəlib – 2:0. Cavid start heyətdə çıxdığı oyunun 80-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, “Elazığspor” hazırda 19 xalla 6-cı pillədə qərarlaşıb.