Dünyadan Ölkə futbolu

“CBC Sport” yeni mövsümdən hansı liqaları canlı yayımlayacaq? – AÇIQLAMA

Futbol azarkeşləri yeni mövsümdən də İtaliya A seriyası, Çempionlar Liqası, Avropa və Konfrans Liqası matçlarını “CBC Sport” kanalından canlı izləyə biləcəklər.

Maraqlıdı, görəsən kanal 2024/2025 mövsümüdən yeni liqaların hər hansı birinin yayım hüququnu alacaqmı?

“CBC Sport”un xəbərlər departamentinin baş redaktoru Şəmsəddin Abbasov İdmanxeber.az-a açıqlamasında bunları dedi:

“Ötən mövsüm göstərdiyimiz bütün liqalar qalır. Bu mövsümdən də Azərbaycan çempionatı, ölkə kuboku, İtaliya A seriyası, Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası matçlarını azarkeşlər bizim kanaldan izləyə biləcəklər. Yeni liqanın alınması efir torunu nəzərə alsaq, bizə imkan vermir. Yayımladığımız liqaların yayım hüququnu əlimizdə saxlamaq əsas prioritetlərdəndi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43