Kateqoriyasız

“CBC Sport” “Zirə”, “Səbail” və “Qəbələ”ni “ofsayd”a saldı

Azərbaycan Kubokunda 1/8 final mərhələsi sabah start götürür.

İdmanxeber.az-ın məlumatına görə, iki gün ərzində keçiriləcək 6 matçın 3-nü CBC Sport kanalı canlı yayımlayacaq. Bunlar “Şamaxı” – “Turan Tovuz”, “Kəpəz” – “Sumqayıt” və “Sabah” – “Qaradağ Lökbatan” qarşılaşmalarıdı. Digər 3 matç isə PLF-in “youtube” kanalı vasitəsi ilə yayımlanacaq.

22 noyabr (çərşənbə axşamı)

14:00. MOİK – “Səbail”
Binə qəsəbə stadionu (canlı/pfl.az)

14:00. “Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu (canlı/ “CBC Sport”)

15:00. “Qəbələ” – “Araz Naxçıvan”
Qəbələ şəhər stadionu (canlı/pfl.az)

 

23 noyabr (çərşənbə)

14:00. “Mingəçevir” – “Zirə”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (canlı/pfl.az)

14:00. “Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu (canlı/ “CBC Sport”)

17:00. “Sabah” – “Qaradağ Lökbatan”
“Bank Respublika Arena” (canlı/ “CBC Sport”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43