08 Dekabr 2022
İdman

“Çelenc kuboku”: “Azərreyl” 15 oyunçu sifariş etdi

“Azərreyl” avrokubokda heyətində olacaq voleybolçuların siyahısını Avropa Voleybol Konfederasiyasına göndərib.

İdmanxeber.az xəbər verir ki, Çelenc kubokunda mübarizə aparacaq Super Liqanın gümüş medalçısı yeni mövsüm üçün 15 oyunçu sifariş edib.

Yığmanın sabiq hücumçusu Katerina Jidkova yenidən “Azərreyl”ə dönübsə, Aynur İmanova, Yuliya Kərimova və Bəyaz Quliyeva da “dəmiryolçular”ın uğurları üçün çalışacaq. Komandada həmçinin belaruslu Tatyana Trafimova da yer alacaq.

“Azərreyl”in heyəti

Toppaylayıcılar: 3. Raziyə Əliyeva, 8. Valeriya Kondratyeva, 9. Səmra Qafarova;

Blokçular: 11. Aynur İmanova, 17. Nilufər Ağazadə;

Liberolar: 10. Asiyat Abuyeva, 16. Yuliya Kərimova, 19. Bəyaz Quliyeva;

Hücumçular: 1. Leyla Parşkova, 2. Xanım Cəlilova, 4. İlhamə Əliyeva, 7. Nərminə Musayeva, 12. Tatyana Trafimova, 15. Katerina Jidkova, 22. Ülkər Kərimova.

“Azərreyl” avrokubokda mübarizəyə 1/32 finaldan başlayacaq. Komanda Slovakiyanın “Slovan” klubu ilə noyabrın 29-da və 30-da Bakı İdman Sarayında üz-üzə gələcək. Hər iki oyun saat 18:00-da başlayacaq. İlk qarşılaşmada rəqib, cavab görüşündə vitse-çempion meydan sahibi olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Çempionlar Liqasında həftənin “ən yaxşı”sı bilindi

admin

“Qalatasaray” afrikalı futbolçudan xəbər gözləyir

admin

“Sumqayıt” “Qarabağ” önündə qələbə hesabını qoruya bilmədi – VİDEO

admin