“Milan”ın hücumçusu Rafael Leaunun sərbəst qalma məbləği 170 milyon avroya qaldırılıb.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya təmsilçisi oyunçunu buraxmaq niyyətində deyil. İyul ayından etibarən kompensasiya məbləğinin aktivləşəcəyi bildirilir.
Əvvəllər futbolçu ilə “Çelsi” maraqlanırdı. London klubu “Milan”la müqavilə bağlayacağı bildirilən portuqaliyalı üçün 170 milyon ödəməlidir.
Yayda “zadəganlar”ın transfer üçün hər hansı bir addım atıb-atmayacağı bəlli deyil. Portuqaliyalı 2019-cu ilin avqustundan “Milan”da çıxış edir.
Bu mövsüm o, İtaliya klubunun heyətində 46 oyun keçirib, 14 qol vurub və 15 məhsuldar ötürmə edib.