24 Sentyabr 2024
Dünya futbolu

“Çelsi” Arrizabalaqanı icarəyə verdi

“Çelsi”nin qapıçısı Kepa Arrizabalaqanı icarəyə verib.

İdmanxeber.az-ın məlumatına görə, “Bornmut” futbolçu ilə müqavilə bağlayıb. 29 yaşlı ispaniyalı ilə sözləşmə bir mövsümlükdür.

Kepa ötən mövsümü icarə əsasında “Real”da keçirib. Qolkiper Madrid klubunda 20 oyun keçirib, 18 qol buraxıb və 9 oyunda qol buraxmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43