22 Sentyabr 2023
Dünya futbolu

“Çelsi” “Arsenal”ın qapıçısı ilə maraqlanır

“Çelsi” və “Bavariya”  “Arsenal”ın oyunçusu Aaron Remsdeyllə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, həftəsonu keçirilən “Everton”la oyunda Mikel Arteta qapını David Raya tapşırmasının ardından 25 yaşlı ingiltərəli qolkiperin “Arsenal”dan ayrılmaq ehtimalı güclənib.

Remsdeyl 2021-ci ildə “topçulur”a qoşulub. O, London klubunda 83 oyuna çıxıb və 30 oyunda qapısını qola bağlaya bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43