İngiltərənin “Çelsi” klubu Emanuel Emenikeni sıralarına qatmaq üçün “Fənərbağça”yla danışıqlara başlayıb.
İdmanxeber.com “fanatik”ə istinadən xəbər verir ki, nigeriyalı hücumçu üçün London klubu “sarı-lacivərdlilər”ə 20 milyon avroluq təklif göndərib. Emenike də Premyer Liqada çıxış etməyin əleyhinə deyil.
27 yaşlı hücumçuya “Çelsi”dən başqa, “Zenit” və “Rubin” də maraq göstərir.