İngiltərənin “Çelsi” klubu ciddi itki ilə üzləşib.
Komandanın aparıcı futbolçuları Frank Lampard və Branislav İvanoviç 3 həftəlik sıradan çıxıb. Onlar yanvar ayının son həftəsinə qədər matçlarda çıxış edə bilməyəcəklər.
Qeyd edək ki, hər iki oyunçu Premyer Liqada “Liverpul”la (2:1) matçda zədələnmişdi.