19 Sentyabr 2024
Dünya futbolu

“Çelsi” danimarkalı futbolçu transfer edir

“Çelsi” “Vilyarreal”ın qapıçısı Filip Yorgensenin transferində maraqlıdır

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı danimarkalı londonluların qısa siyahısındadır. Futbolçunun özü “Çelsi”yə keçməkdə maraqlıdır

Yorgensen 2017-ci ildən “Vilyarreal”da çıxış edir. O, İspaniya klubunun heyətində 44 oyun keçirib, 75 qol buraxıb və 7 dəfə qapısını təmiz saxlayıb. “Transfermarkt” portalı qapıçının bazar dəyərini 20 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43