26 Oktyabr 2024
Dünya futbolu

“Çelsi” Felikslə anlaşdı

“Çelsi” “Atletiko”nun hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. 

İdmanxeber.az-ın məlumatına görə, “mavilər” portuqaliyalı ilə 6 illik müqavilə bağlayacaq. Sözləşmənin daha bir uzadılacağı da nəzərdə tutulub.

Keçən mövsüm Feliks “Barselona”da icarə əsasında çıxış edib və burada 44 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43