“Çelsi” futbolçusu Enzo Fernandesin Argentina millisi ilə Olimpiadaya getməsinə icazə verməyib.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı yarımmüfadiəçi turnirdə çıxış etmək niyyətində olsa da, rəhbərlik onu buraxmayıb. Bu səbəbdən də Enzo yığmanın heyətində yer almayıb.
Fernandes ötən mövsüm 40 oyuna çıxıb, 7 qol vurub və 3 qolun ötürməsini verib.