“Çelsi” yayda Frenkie de Yonqu heyətinə qatmaq istəyir.
İdmanxeber.az “Sport” nəşrinə əsasən məlumat verir ki, “zadəganlar” niderlandlı yarımmüdafiəçi üçün “Barselona”ya 100 milyon avro ödəməyə hazırdır. Maliyyə problemləri olan Katalon klubu 26 yaşlı oyunçunu sata bilər.
De Yonq 2019-cu ildən “blauqrana”da çıxış edir. O, bu mövsüm 22 oyunda meydanda olub və 1 qol vurub.