“Çelsi” Frenk Lempardla müqavilə uzatmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, London klubu bir müddətdir Mauritsio Poçettino ilə danışıq aparırdı. İngiltərə mətbuatı artıq tərəflər arasında şifahi razılıq əldə olunduğunu yazıb.
Rəhbərlik iyun ayında argentinalı mütəxəssislə rəsmi müqavilə imzalayacaq. “Çelsi”nin yayda daha bir neçə futbolçu ilə güclənəcəyi də bildirilir.
Lempardla müqavilə mövsümün sonun qədər nəzərdə tutulmuşdu.