Kateqoriyasız

“Çelsi” “Real”ı məğlub etdi, finala yüksəldi

Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Həlledici görüşdə “Mançester Siti”nin rəqibi “Çelsi” – Real” matçının güclüsü olub.

İlk matçda səfərdə 1:1 hesablı heç-heçə edən London klubu doğma meydanda 2 cavabsız qolla qələbə qazanmaqla finala yüksəlib.

Çempionlar Liqası
Yarımfinal (cavab oyunu)

5 may

23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 2:0
Qollar: 
Verner, 28, Mount, 85
İlk oyun – 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43