“Çelsi” “Seltik”in yarımmüdafiəçisi Mett Oreyli ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 23 yaşlı danimarkalı futbolçunu bu yay “Atletiko”ya keçə biləcək Konor Qallagerin əvəzləyicisi kimi görür.
Oreyli 2022-ci ilin yanvarından “Seltik”də çıxış edir. Yarımmüdafiəçi karyerası ərzində Şotlandiya klubunun heyətində 122 oyunda 27 qol vurub və 35 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.